Saytımızı qiymətləndirin


 
 

Dneprpetrovskdə yaşayan azərbaycanlı: “Ukraynanı tərk etmək bizə yaraşmaz“
Tarix: 25-02-2022 | Saat: 16:18
Bölmə:Karusel / Region | çapa göndər

Dneprpetrovskdə yaşayan azərbaycanlı: “Ukraynanı tərk etmək bizə yaraşmaz“

“Çətin vəziyyətdə olan həmvətənlərimizlə əlaqə saxlamağa çalışırıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Diaspor TV-yə müsahibəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Dnepr vilayəti üzrə regional bölməsinin rəhbəri, professor Eldar Tağıyev deyib:

Onun sözlərinə görə, bölgədə hələlik internet və telefon işləyir:

“Kiyevdəki mərkəzimiz, Radanın mərkəzi də intensiv çalışır. Yerlərdə çətin vəziyyətdə olan yoldaşlarımızla əlaqəmiz var. Zəng edirik, xəbər tuturuq. Hələlik internet var, telefon abunəsi yaxşıdır. Bacardığımız qədər əlaqə saxlamağa çalışırıq”.

Professorun sözlərinə görə, ekstremal vəziyyət yoxdur:

“Elə ailələr var ki, bu günlərdi iqtisadi çətinlik içində yaşayırlar. Mağazalar, bankomatlarda problem yaranıb. Əhali nağd pul əldə etmək istəyir. Benzin problemləri də var. Qadınlar, uşaqlar var ki, onların müəyyən ehtiyacları qarşılanır. Hələlik ekstremal vəziyyət yoxdur”

E.Tağıyev qeyd edib ki, Ukraynanı tərk etmək fikirləri yoxdur: 

“İki qadın var ki, cəbhəyə yaxın bölgədə yaşayır. Onlar kömək üçün bizə müraciət ediblər. Onlarla əlaqə yaratdıq. Təxliyə bizə yaraşmaz. Ukraynalılar necə, biz də elə. Dövlət siyasətinin bir hissəsi də bizik. Birmənalı şəkildə Ukrayna dövlətinin yanında olduğumuzu bəyan etməliyik”.(Yenisabah.az)



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər