"Mən idmançı adamam..." - Əhəd Abıyev jurnalistlə bağlı qalmaqaldan danışdı
Tarix: 29-11-2017 | Saat: 17:20
Bölmə:Karusel / Sosial | çapa göndər
672 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-11-2017 | Saat: 17:20
Bölmə:Karusel / Sosial | çapa göndər
"Mən idmançı adamam, niyə əsa ilə gəzim?! Vaxtilə boksla məşğul olmuşam. İndi də ara-sıra rinqə çıxıram, telekanallarda mənim boksçularla qarşılaşmalarıma xalq dəfələrlə baxıb. İnternetdə bu videoların baxış sayı həddən artıq çoxdur. Bu cür sağlam adam haqda "xəstədir, əsa ilə gəzir” yazmaq düzgün olmaz”.
Qarabaginfo Mia.az-a istinadən xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında jurnalist Seymur Verdizadəni təhdid etdiyi bildirilən Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev deyib. O bildirib ki, S. Verdizadə ilə danışmayıb: "Mən o jurnalistlə danışmamışam, onu tanımıram, telefon nömrəsini də bilmirəm”.
Ə.Abıyevin sözlərinə görə, jurnalist onun müavini ilə danışıb: "Müavinə zəng edib deyib ki, əlində əsa gəzir. O da cavab verib ki, belə şey yoxdur”.
İcra başçısı daha sonra bunları deyib: "Hər bir insan xəstələnə bilər. Xəstəlikdən, iraq olsun, hətta ölümdən kimsə sığortalanmayıb, hamının başına gələn aqibətdi. Ona görə də biz gərək kimsənin xəstəliyi ilə zarafat etməyək”.
Ə.Abıyev "bu söz-söhbət çıxdıqdan sonra, Seymur Verdizadə ilə danışmısınızmı” sualına belə cavab verib: "Mən onunla niyə danışmalıyam ki? Onu tanımıram, tanımadığım adamla danışmağıma gərək görmürəm”.
Xəbəri paylaş
Digər xəbərlər
24-02-2025, 09:17
“Son reysdə Allah cənnətə apardı...” - Hökümənin Etibarı
2-06-2022, 19:55
General-Qubernator: “Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcəyinə ümid edir”
17-09-2022, 12:18
Dövlət sərhədini pozan 4 Şri-Lanka vətəndaşı saxlanılıb - FOTO
3-07-2025, 21:46
Rusiyada azərbaycanlı “qanuni oğru”lar saxlanılıdı
26-12-2024, 16:56
AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb
14-01-2023, 10:43
Sabiq icra başçısı vəfat etdi
25-05-2022, 10:48
Yevlaxda mikroavtobus traktorla toqquşub, 2 nəfər xəsarət alıb
16-01-2026, 13:56
Putin və Netanyahu İrandakı vəziyyəti müzakirə edib
















