Saytımızı qiymətləndirin


 
 

General-Qubernator: “Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcəyinə ümid edir”
Tarix: 02-06-2022 | Saat: 19:55
Bölmə:Karusel / Dünya | çapa göndər

General-Qubernator: “Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcəyinə ümid edir”

Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə bütün kanadalılar adından Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün yaxınlaşdığı bir vaxtda Kanada Azərbaycanla əlaqələrin genişlənməsindən məmnundur. Xalqlarımızın möhkəm əlaqələrinə və fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan tərəfdaşlığımız qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitin mühafizəsi kimi ümumi maraq doğuran mühüm məsələlərin həllində beynəlxalq əməkdaşlığa sadiqliyimizlə daha da möhkəmlənib.

Ölkələrimizin öz vətəndaşları üçün daha yaxşı gələcək qurmağa çalışdığı bir vaxtda Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcəyinə ümid edir.

Bu əlamətdar gündə Kanada xalqı Azərbaycan xalqına, həmçinin Kanadada yaşayan bütün azərbaycanlılara qoşularaq ölkənizin Müstəqillik Gününü Sizinlə birlikdə qeyd edir. Bütün xalqınıza sülh və firavanlıq arzulayıram”.



Xəbəri paylaş

1188 dəfə oxunub.

Digər xəbərlər