Saytımızı qiymətləndirin


 
 

Özəl tibb müəssisələrinin birliyi yaradıla bilər - NAZİR
Tarix: 01-07-2022 | Saat: 10:55
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğunu müəyyənləşdirdik.

 

Qarabaqinfo.az-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdə çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, Səhiyyə Nazirliyinə müxtəlif özəl qurumlardan, qeyri-hökumət təşkilatlarından, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən mütəmadi müraciət və təkliflər daxil olur:

 

"Həmin müraciətlər təhlil olunur və lazımi addımlar atılır. Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğunu müəyyənləşdirdik. Səhiyyə Nazirliyi olaraq belə bir birliyin yaradılmasını vacib hesab edirik. Burada iştirak edən və etməyən hər bir özəl tibb subyektini bu kimi platformalarda aktiv iştiraka dəvət edirəm. Düşündüyümüz odur ki, belə bir birlik ölkə ərazisində özəl tibb müəssisələrinin qarşılıqlı əlaqəsinin inkişafına, əhalinin sağlamlığın qorunması sahəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, dövlət-özəl dialoqunun təşviqinə töhfə vermiş olardı".



Xəbəri paylaş

1204 dəfə oxunub.

Digər xəbərlər