Tarix: 23-03-2022 | Saat: 23:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin fövqəladə zirvə toplantısına qatılmaq üçün Belçikanın paytaxtı Brüsselə yola düşüb.
Bu barədə Qarabaginfo.az “TRT Haber”ə istinadən xəbər verir.
Türkiyə Prezidentini səfərdə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, AKP-nin sədr müavini və partiya sözçüsü Ömər Çelik və partiyanın digər rəsmiləri, Türkiyənin NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri müşayiət edir.
O, həmçinin NATO Sammitində müxtəlif danışıqlar aparacaq.
Prezident Ərdoğanın sammit çərçivəsində bəzi iştirakçı dövlət və hökumət başçıları ilə də müzakirələr aparması planlaşdırılır.
Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi sammitdə NATO-nun çəkindirmə və müdafiə strukturunun gücləndirilməsi tədbirləri nəzərdən keçiriləcək.
Digər xəbərlər