Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrəvana işgüzar səfər edəcək.

Qarabaginfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, sabah Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Səfər çərçivəsində həmçinin prezident Vaaqn Xaçatryan və Baş nazir Nikol Paşinyanla da görüşlər nəzərdə tutulub.