Saytımızı qiymətləndirin


 
 

Putin Qazaxıstana qaz üçün rekord endirim təklif etdi- Kreml Tokayevdən nə istəyir?
Tarix: 19-04-2023 | Saat: 15:15
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Rusiya prezident Vladimir Putin Qazaxıstana rekord endirimlə qaz satmağa hazırdır.

Azpost.info xəbər verir ki, məqsəd prezident Kasım Comart-Tokayevi Rusiyadan Çinə çəkilən yeni boru kəməri layihəsində iştirak etməyə razı salmaqdır.

Razılıq əldə olunsa, Qazaxıstan qaz üçün “Qazprom”un bütün müştəriləri arasında ən aşağı qiymətlə ödəniş etmiş olacaq.

Energetika naziri Almasadam Satkaliyev bildirib ki, Rusiyanın Qazaxıstanın şimalını və şərqini təmin etmək üçün tədarük etməyə hazır olduğu qaz Belarusun aldığı qiymətdən də ucuz olacaq.

Belarus Rusiya qazının min kubmetrini 128,5 dollardan alır və bu, dünyada ən aşağı ixrac qiymətidir. Rəsmi olaraq açıqlanmayan “Sibirin Gücü” boru kəməri ilə Çinə tədarükün qiyməti min kubmetr üçün 290 dollar təşkil edir.
Hazırda Avropa bazarında qazın min kubmetri 479 dollardır.

“Qazaxıstan üçün görünməmiş endirim Rusiyanın səmərəli işin yalnız ikitərəfli istiqamətdə mümkün olduğunu başa düşməsi ilə bağlıdır”, – Satkaliyev bildirib.



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər