Saytımızı qiymətləndirin


 
 

Onların maaşları artırılacaq
Tarix: 11-12-2025 | Saat: 16:41
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

onlarin-maaslari-artirilacaq

Məhkəmə ekspertlərinin əməkhaqları artırılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada öz əksini tapıb.

Sənəddə görüləcək işlər aşağıdakı kimi qeyd olunub:

- Beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınmaqla, məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayının artırılması ilə bağlı təkliflərin hazırlanması;

- Məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görülməsi;

- Məhkəmə ekspertlərinin nəzəri-praktiki hazırlığı, habelə onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu məqsədlə xüsusi təlim proqramlarının hazırlanması;

- Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflərin hazırlanması.

Ştat vahidlərinin və əməkhaqlarının artırılması üçün icra müddəti 2026-cı il müəyyən edilib.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər