Saytımızı qiymətləndirin


 
 

Paşinyan Azərbaycan-Ermənistan sərhədində vəziyyəti şərh edib
Tarix: 13-01-2022 | Saat: 14:56
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin bu gün, yanvarın 13-də keçirilən iclasında Azərbaycanla sərhəddə son gərginliyi şərh edərkən ölkəsinin Cənubi Qafqazın sülh yolu ilə inkişafına sadiq olduğunu bəyan edib. Ermənistan hökumətinin başçısı İrəvanın regionda “sülh erası” gündəmini təşviq etmək kursunu bir daha təsdiqləyib.

“Təəssüf ki, sərhəddə insan tələfatı ilə nəticələnən insidentlər davam edir. Biz öz siyasətimizi elan etmişik. Mən iki şey haqqında danışdım və bu, hökumətin proqramında öz əksini tapıb. Ölkəmizin müdafiə qabiliyyətini ardıcıl surətdə artırmaq bizim qarşımızda duran əsas vəzifələrdəndir. Amma digər tərəfdən, mən dedim ki, bizim Ermənistan və region üçün elan etdiyimiz dinc inkişaf gündəmini açmaq üçün bizə güclü əsəblər lazımdır”, - Ermənistan KİV-ləri Paşinyanın sözlərindən sitat gətirir.

Onun sözlərinə görə, çoxları bunun qeyri-mümkün olduğunu sübut etməyə çalışacaq: “Lakin biz ardıcıl olaraq bu yolla gedəcəyik və ölkəmizin ətrafında sabit və təhlükəsiz mühitin yaradılması üçün hər şeyi etməliyik”.

Xatırladaq ki, yanvarın 11-də Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən silahlı təxribat törədilib. Azərbaycan ordusunun postuna hücum zamanı hərbçi Ayaz Nəzərov həlak olub.(virtualaz.org)



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər