Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev Pezeşkiana Xameneinin ölümü ilə bağlı başsağlığı verib
Tarix: 01-03-2026 | Saat: 15:45
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

İlham Əliyev, Azərbaycan Prezidenti

 

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana vu ölkəninAli Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, başsağında deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.

Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir.

Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq".



Xəbəri paylaş

131 dəfə oxunub.

Digər xəbərlər