Saytımızı qiymətləndirin


 
 

Qriqoryandan həyasız bəyanat: “Hələ ilyarım vaxtımız var“
Tarix: 30-06-2022 | Saat: 17:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qriqoryandan həyasız bəyanat: “Hələ ilyarım vaxtımız var“

"Berdzor (Laçın) və Ağavno (Zabux) ilə bağlı məsələlər noyabrın 9-dan "Artsax" tərəfdaşları ilə müzakirə olunur".

Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, bununla bağlı "Artsax hakimiyyəti" işləyir:

“Yol və sakinlər üçün həll yollarını tapmaq üçün hələ vaxtımız var. Demək olar ki, 1,5 ilə yaxındır, "Artsax hökuməti" ilə işləyəcəyik və həll yollarını tapacağıq”.

Sülh gündəliyindən danışan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, hər şey o qədər də sadə deyil.

“Biz çətinliklərin fərqindəyik, lakin eyni zamanda başa düşürük ki, regionumuzda uzunmüddətli təhlükəsizliyi təmin etməyin yeganə mümkün yolu dinc gündəmdən keçir. Biz bu istiqamətdə işi davam etdirəcəyik, lakin başa düşürük ki, bu, təkcə Ermənistandan asılı deyil”, - deyə Qriqoryan vurğulayıb.(Yenisabah.az)



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər