Saytımızı qiymətləndirin


 
 

Putin bu yaxınlarda gizli şəkildə Ukraynada olub? - Peskov tədiqlədi
Tarix: 21-12-2022 | Saat: 11:11
Bölmə:Karusel / Region | çapa göndər

Putin "xüsusi hərbi əməliyyat zonasına” baş çəkib və oradakı qoşun komandanları ilə danışıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov "Rossiyskaya qazeta”ya bildirib.

Ötən həftənin sonunda, dekabrın 16-da Putin bütün günü Ukraynada müharibəyə rəhbərlik edən Silahlı Qüvvələrin Birləşmiş Qərargahında işləyib. Bu barədə şənbə günü Kreml məlumat yayıb. Bu, prezidentin qərargaha ilk ictimai gedişi olub. Putin hərbi əməliyyatların gedişi ilə bağlı məruzəni dinləyib. Baş Qərargah rəisi Valeri Gerasimov, Ukraynadakı qoşunların komandanı Sergey Surovikin və müdafiə naziri Sergey Şoyqu da orada olub.

Eyni zamanda, Kreml görüşün harada keçirildiyini dəqiqləşdirməyib.

Daha sonra Dövlət Dumasının deputatı Andrey Qurulev özünün Telegram kanalında Putinin hərbi əməliyyatların aparıldığı əraziyə səfər etdiyini yazıb. Çərşənbə axşamı, dekabrın 21-də onun sözlərini Dmitri Peskov da təsdiqləyib. "Əgər o, cümə günü olduğu qərargahı nəzərdə tutursa, bəli", - prezidentin sözçüsü deyib. 


Adətən, Rusiya hakimiyyəti "xüsusi hərbi əməliyyat zonası” dedikdə, Krım istisna olmaqla, Ukrayna ərazisini nəzərdə tutur. Ancaq bu dəfə, yəqin ki, söhbət başqa yerdən gedir.

"Agentstvo” nəşri belə nəticəyə ">gəlib ki, Putinin "qoşun qərargahına” səfərinin videosu Cənub Hərbi Dairəsinin qərargahında lentə alınıb. Nəşr Putinin ziyarət etdiyi qərargahın interyerini Cənub Hərbi Dairəsinin qərargahının fotoşəkilləri ilə müqayisə edərək bu qənaətə gəlib. Müdafiə Nazirliyinin saytı xəbər verir ki, həmin qərargah Rusiya Federasiyasının Rostov-Don şəhərində yerləşir.

Maraqlıdır ki, Peskov Putinin döyüş bölgəsinə səfərini Ukrayna prezidenti Volodimir Zelenskinin Baxmutda cəbhə xəttinə getdikdən bir neçə saat sonra açıqlayıb. Zelenski orada hərbçiləri mükafatlandırıb və şəhəri tərk edib. İndi Baxmutda şiddətli döyüşlər gedir.

Rusiya prezidenti də bu gün dövlət mükafatları təqdim edib. Putin bu dəfə Ukraynanın işğal olunmuş vilayətlərinin rəhbərlərini, rusiyayönlü müharibə müxbirlərini, təbliğatçıları və s. mükafatlandırıb. Mükafatlandırma mərasimi Kremlin Yekaterina zalında keçirilib.


Xəbəri paylaş

1114 dəfə oxunub.

Digər xəbərlər