Saytımızı qiymətləndirin


 
 

Parlamentdə Salatın Əsgərovanın şəhid olduğu kəndin Salatın kənd adlandırılması təklif olunub
Tarix: 14-12-2021 | Saat: 11:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Salatın Əsgərova

 


“Dövlətimiz və xalqımız hər zaman Salatın Əsgərovanın xatirəsini uca tutub”.
Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, yanvar ayında da onun ermənilər tərəfindən qətlə yetirilməsinin 30 ili tamam olur: “Salatın Əsgərovanın 60 illik yubileyində onun şəhid olduğu kəndin onun şərəfinə Salatın kənd adlandırılmasını dövlət qurumlarından xahiş edirik. Onu da qeyd edim ki, şəhid jurnalistin yeganə övladı 1 ildir işsizdir”.
Deputat Əməkdar artist Novruz Qartalın səhhətində yaranan problemə də münasibət bildirib: “Novruz Qartal bu günlərdə çox ağır şəraitdə kirayədə yaşayır. Onun son arzusu ömrünün son günlərini öz evində keçirməsi ilə bağlıdır. Əlaqədar qurumları bu məsələyə münasibət bildirməyə çağırıram”.



Xəbəri paylaş

262 dəfə oxunub.

Digər xəbərlər