Saytımızı qiymətləndirin


 
 

Avropa İnsan Hüquqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını qəbul edib
Tarix: 29-06-2022 | Saat: 22:47
Bölmə:Karusel / Region | çapa göndər

Avropa Məhkəməsi 11 iş üzrə araşdırmaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını baxılmaq üçün qəbul edib.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, iyunun 23-də Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib ki, onun rəhbərlik etdiyi idarə Rusiyaya qarşı yeni iddia qaldırıb.

İddiaya əsasən, Ukrayna Rusiya hakimiyyətini suveren əraziyə qanunsuz müdaxilə ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasını pozmaqda ittiham edir.

Sənəd müharibənin ilkin mərhələsində Rusiyanın insan hüquqlarını kobud şəkildə pozmasından bəhs edir.

İddia Ukrayna Rusiya qoşunlarının tamamilə çıxarılmasından əlavə, zərər çəkmiş tərəflərə pul kompensasiyası verilməsini tələb edir.

Məlumata görə, Rusiya hərbi işğalının birinci mərhələsində itkilər azı 80 milyard ABŞ dolları təşkil edib.



Xəbəri paylaş

1167 dəfə oxunub.

Digər xəbərlər