Saytımızı qiymətləndirin


 
 

Qərargah: Məscidlərin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır
Tarix: 18-05-2020 | Saat: 18:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Heydər məscidi - BİNƏQƏDİ RAYON Icra Hakimiyyəti

“Bayram namazları ilə bağlı məscidlərin açılması hələ qadağandır”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, növbəti həftə vəziyyətin necə olacağı məlum deyil: “Hər şey sanitar-epidemioloji vəziyyətdən asılıdır. Hazırkı imkanlarımız bugünkü vəziyyəti idarə etməyə imkan verir. Əgər yoluxma artarsa, yenidən sərtləşmə ola bilər”.

 

İ. Məmmədov qeyd edib ki, xaricdən gələnlər arasında yoluxmaların səviyyəsi yüksəkdir, 20 faizə, hətta 30 faizə çatır: “Məsələn, Ukraynadan sonuncu gələn təyyarədə 120 nəfərdən 29-da testlər pozitiv olub. Deməli, təyyarədə gələnlərin hamısı karantinə götürülməlidir. Rusiyadan gələnlərin arasında isə yoluxma 20 faizdir”. APA



Xəbəri paylaş

370 dəfə oxunub.

Digər xəbərlər