Saytımızı qiymətləndirin


 
 

Fondun yeni direktoru kimdir?
Tarix: 14-05-2020 | Saat: 18:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Fondun yeni direktoru kimdir?

 

Prezident İlham Əliyevin sərəncamı ilə mayın 14-də Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru təyin edilib.

Qarabaginfo.az banker.az-a istinadən xəbər verir ki, Tural Piriyev  2016-cı ildən bu günə qədər “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri idi.

O, həmçinin  2018-ci ildən “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkəti İdarə Heyətinin müavini kimi çalışır. “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” və “Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” kimi şirkətlərin idarə heyətində üzv olub.

T.Piriyev bank sektorunda da çalışıb. Belə ki, o, 2012-2014-cü illərdə “Kapital Bank” ASC-də Audit Komitəsi üzvü olub, Hüquq Departamentinin direktoru kimi də çalışıb.

Bundan əlavə “PAŞA Həyat” Sığorta Şirkəti və “Ata Bank” ASC-də (ləğv edilib) çalışıb.



Xəbəri paylaş

466 dəfə oxunub.

Digər xəbərlər