Saytımızı qiymətləndirin


 
 

Nazir niyə həbs olundu? – Onun həyat yoldaşı da...
Tarix: 28-11-2022 | Saat: 10:07
Bölmə:Karusel / Kriminal | çapa göndər

Nazir niyə həbs olundu? – Onun həyat yoldaşı da...

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael həbs olunub.

Bildirək ki, bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsində əməliyyat keçirmiş, nəticədə Komitənin sədri Səhət Həbibbəyli və qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun həbs olunması haqda məlumat yayılmışdı. Amma Gömrük Komitəsində aparılan əməliyyatdan sonra Maliyyə nazirinin həbs olunması suallar yaradır.

“Yeni Sabah” bildirir ki, aidiyyatı dövlət qurumları Naxçıvan gömrüyündə köklü yoxlamalar aparıb və bu təkcə hazırkı dövrü deyil, uzun bir müddəti əhatə edib. Rafael Əliyevin həbs olunması da yalnız onun indiki nazir fəaliyyəti ilə bağlı deyil. O, 2020-ci ilin avqustunda Vasif Talıbov tərəfindən Maliyyə naziri təyin edilib. Həmin vaxta qədər isə Naxçıvan Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsini tutub. Yəni Mənsur Əsgərovdan əvvəl bu vəzifəni R. Əliyev daşıyıb.

2010-cu ildən gömrük sistemində işləyən R. Əliyevin həyat yoldaşı da Naxçıvan DGK-da məxfi şöbədə vəzifə tutub. Saytımıza məlumat verən mənbə bildirir ki, əslində, Naxçıvan gömrüyündə maxinasiya sisteminin qurucusu R. Əliyev olub və o 2020-ci ildə vəzifəsini dəyişsə də, həmin sistem işində davam edib. Bu qayda ilə də 144 milyon manat dövlət vəsaitini mənimsəmək mümkün olub. 



Xəbəri paylaş

1190 dəfə oxunub.

Digər xəbərlər
25-08-2022, 12:11 Sabahın hava proqnozu