Saytımızı qiymətləndirin


 
 

Prezident: “Brüssel bəyanatı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağını aydın şəkildə göstərir”
Tarix: 16-06-2022 | Saat: 12:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident: “Brüssel bəyanatı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağını aydın şəkildə göstərir”

Brüssel bəyanatı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağını aydın şəkildə göstərir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

“Mən düşünürəm ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən bəyan edilmiş və Brüsseldə Prezident Mişel, mənim özüm və Baş nazir Paşinyan arasında üçtərəfli görüşün nəticəsi olan bəyanat aydın şəkildə deyir ki, Qarabağda erməni əhalinin hüquq və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam dəstəkləyirik. Bütün Azərbaycan xalqının hüquq və təhlükəsizliyi bizim konstitusiyamız tərəfindən təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhali Azərbaycandakı ən böyük etnik azlıq deyil. Ona görə də bizim konstitusiyamız bir çox illərdir ki, Azərbaycanda yaşayan ermənilər də daxil olmaqla, bütün millətlərə bərabər hüquqlar təmin edir. Ona görə də hüquq və təhlükəsizliyin əlbəttə ki, biz qayğısına qalacağıq”, - Prezident İlham Əliyev vurğulayıb.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər
21-11-2023, 10:12 Tokayev Azərbaycana gəlir