Tarix: 04-11-2020 | Saat: 13:48
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Azərbaycan Texniki Universitetinin (AzTU) Doktorantura şöbəsinin müdir müavini Abik Çaruxçev uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.
Qrabaginfo.az xəbər verir ki, AzTU-dan verilən məlumata görə, Abik Çaruxçev 1953-cü ildə Bakıda anadan olub. 1975-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1977-ci ildə AzTU-nun Aspirantura şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Bir sıra elmi məqalələrin müəllifi olan Abik Çaruxçev uzun müddət AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. Doktorantura səviyyəsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyətinə görə müxtəlif illərdə universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Abik Çaruxçev Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri idi. APA
Digər xəbərlər