Saytımızı qiymətləndirin


 
 

Makron: "Rusiya ilə müzakirələrin aparılması qaçılmazdır"
Tarix: 15-06-2022 | Saat: 17:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Emmanuel Makron

 

"Müəyyən nöqtədə Ukrayna barədə Rusiya ilə müzakirələrin aparılması qaçılmazdır".

Qarabaginfo.az CNN-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Rumıniyaya səfəri zamanı deyib.

“Bu münaqişənin yeganə arzuolunan sonu ya Ukraynanın hərbi qələbəsi, ya da müəyyən nöqtədə müzakirələrin aparılmasıdır. Döyüşlər müəyyən məqamda dayansa, biz müzakirələr apara bilərik”, - Makron bildirib.

Makron avropalıların müzakirə masasının ətrafında olacağını vurğulayıb.

"Məsələnin çətinliyi ondadır ki, biz qınayırıq, sanksiyalar tətbiq edirik, ukraynalıları öz döyüşlərində dəstəkləyirik, lakin biz Rusiya ilə müharibədə deyilik”, - Makron əlavə edib.

Fransa Prezidenti NATO-nun Şərq cinahına göndərilən Fransa qüvvələrinin gücünün artırılacağını diqqətə çatdırıb.(Apa)



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər