Saytımızı qiymətləndirin


 
 

“Biz Rusiyanın bu müharibədə heç vaxt qalib gəlməməsinə çalışırıq” - Makron
Tarix: 15-03-2024 | Saat: 13:38
Bölmə:Karusel / Dünya | çapa göndər

“Biz Rusiyanın bu müharibədə heç vaxt qalib gəlməməsinə çalışırıq” - Makron

 

 

Fransa prezidenti Emmanuel Makron France 2 və TF1 televiziyalarına müsahibə verib. Qarabaqinfo.az-ın məlumatına görə, Makron bildirib ki, ölkəsi Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməməsini təmin etməyə hazırdır və o, müttəfiqlərini yardıma məhdudiyyətlər qoymamağa çağırıb.

"Vəziyyət daha da pisləşərsə, biz Rusiyanın bu müharibədə heç vaxt qalib gəlməməsini təmin etməyə hazır olacağıq" deyən Makron Fransa televiziyasına müsahibəsində bildirib ki, Ukraynaya yardımın "məhdudlaşdırılmasını" müdafiə edən hər kəsi "məğlubiyyəti seçdiyini" xəbərdar edib.

Onun sözlərinə görə, Avropa üçün Kremlin zəifliyindən xəbər verəcək və onu Ukraynaya təcavüzünü davam etdirməyə təşviq edəcək qırmızı xətlər çəkməmək vacibdir. O, Ukraynaya qoşun yeridilməsinin necə görünə biləcəyi barədə ətraflı məlumat verməkdən imtina edib.

"Dəqiq olmamaq üçün səbəblərim var. Mən Putini görünən etmək fikrində deyiləm”, - Makron deyib.

Makron Fransanın heç vaxt Rusiyaya qarşı hücuma keçməyəcəyini bildirib.

"Rusiya düşməndir" deyın Makron ümid etdiyini bildirib ki, bir gün “kim olursa olsun” Rusiya prezidenti ilə sülh danışıqlarının vaxtı gələcək. Çünki Putinin artıq Rusiyaya rəhbərlik etməyəcəyi ehtimalı ilk dəfə gündəmə gəlir.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər