"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2 departament rəisi vəzifəsindən azad edilib.
Qarabaginfo.az qaynarinfo-ya istinadla xəbər verir ki, QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar.
Onlar naməlum səbəblərdən "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.
Müxtəlif dövlət və özəl qurumlarda çalışmış A. İsgəndərli və T.Həsənli bu ilin martında sözügedən vəzifələrə təyin olunmuşdular.