Saytımızı qiymətləndirin


 
 

Canni De Byazi: "Sabah Belarusa qalib gəlməliyik"
Tarix: 12-06-2022 | Saat: 20:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gianni De Biasi close to becoming Team Melli's new coach – Team Melli

"Sabah Belarusa qalib gəlməliyik".

Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis Millətlər Liqasına yaxşı başlamadıqlarını söyləyib: "Amma üç oyunda da yaxşı oynamışdıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə sarıdan üstün olsa da, onlara qarşı da yaxşı oynadıq. Ən azından bir xal yığa bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik. Belarusla görüşdən sonra Qazaxıstanla oyunumuz olacaq. Son oyunda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xalı toplayaq. Çoxlu imkanlarımız olur. Amma hələ ki, qol vura bilməmişik. Təbii ki, qol vurmursansa, oyunu udmaq çətindi. Qazaxıstanla oyunda imkanlarımız var idi, amma iki qol buraxdıq uduzduq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. 11 günə 4-cü oyunumuzu oynayacağıq. Rəqiblərimiz də vəziyyət belədi. Sabahkı oyunda var gücümüzü qoyacağıq ki, qalib gələk".



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər
18-11-2022, 15:28 Paşinyan dindirildi