Saytımızı qiymətləndirin


 
 

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı qaydaları müəyyənləşib
Tarix: 02-05-2020 | Saat: 15:42
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

525-ci Qəzet - Kitab satışı sahəsində piratçılığın səviyyəsi açıqlandı

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı qaydaları müəyyənləşib. 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. 

 

Qaydalarda deyilir: 

 

- Onlayn satışlara üstünlük verilməlidir;

- Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir;

- Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır;

- Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilətəmin olunmalıdır;

- Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır;

- Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir;

- İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.



Xəbəri paylaş

495 dəfə oxunub.

Digər xəbərlər