Saytımızı qiymətləndirin


 
 

Syuzan Eliot: Bakı ilə İrəvan kommunikasiyalarla bağlı müzakirələri davam etdirir
Tarix: 07-06-2023 | Saat: 10:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Syuzan Eliot: Bakı ilə İrəvan kommunikasiyalarla bağlı müzakirələri davam etdirir

Azad olunmuş ərazilərdə çoxlu sayda infrastruktur işləri görülüb. Ən əsas olan isə hazırda sülh danışıqları gedir.

Qarabaginfo.az xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda proqramda Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin Prezidenti və baş icraçı direktoru Syuzan Eliot deyib.

O bildirib ki, bölgədə sülhün olması inkişaf üçün vacibdir: “Bu işlərdə ABŞ və Avropa İttifaqı da yaxından iştirak edirlər. Biz burada stabillik və sülhün olmağında maraqlıyıq. Moldova, Brüssel və Vaşinqtonda görüşlər keçirilib. Bölgədə sülh və davamlı inkişaf üçün atılan belə addımlar vacibdir. Burada kimin qalib, kimin məğlub olmasını müzakirə etmək uğursuz yanaşmadır. Əsas olan məsələ birlikdə yaşamağı bərpa etməkdir. Bakı və İrəvan arasında enerji resursları və kommunikasiyalarla bağlı müzakirələr davam etməkdədir. Düşünürəm ki, ölkələr arasındakı belə müzakirələr gələcək üçün xüsusi əhəmiyyət kəsb edir”.

 



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər