Saytımızı qiymətləndirin


 
 

“Dağlıq Qarabağ münaqişəsi” ATƏT-in gündəliyində qalacaq”-Mirzoyan
Tarix: 01-04-2022 | Saat: 16:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Erməni nazir ATƏT sədri ilə görüşdə sərsəmlədi

 


“Biz gözləyirik ki, “Dağlıq Qarabağ münaqişəsi” ATƏT-in gündəliyində qalacaq”.

Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın Xarici İşlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında bildirib.

“Bu vəziyyətdə ATƏT-in fəaliyyətdə olan sədrinin və beynəlxalq ictimaiyyətin aydın reaksiyası imperativ olur. Biz gözləyirik ki, ATƏT-in Minsk Qrupu həmsədrləri hərtərəfli sülh sazişinin imzalanması üçün tezliklə sülh danışıqları təşkil edə biləcəklər”.

Mirzoyan Fərrux kəndinin Azərbaycan silahlı qüvvələri tərəfindən nəzarətə götürülməsini xatırladıb və bunun əvvəlcədən planlaşdırılmış “təcavüz” olduğunu bildirib.

Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau bu gün İrəvana işgüzar səfərə gəlib.



Xəbəri paylaş

319 dəfə oxunub.

Digər xəbərlər