Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emanüel Makron arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər  verir ki, həmsöhbətlər Parisdə keçiriləcək Ermənistan-Fransa əməkdaşlıq forumunun gündəliyindəki məsələlərə və onların qarşıdakı görüşünə toxunublar.

Görüşdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətə, Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi də  müzakirə  olunub. 

Telefon danışığı zamanı beynəlxalq aləmdə gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.