Saytımızı qiymətləndirin


 
 

“Şirkətlərimiz Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır” — İtaliya səfiri
Tarix: 13-06-2021 | Saat: 20:09
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

“Ağdam şəhərində hər şey məhv edilib. Bu şəhərin böyük ağrısını hiss etmək, insanların burada əziyyət çəkdiyini görmək mümkündür. İndi yenidən başlamağın, yenidənqurma barədə düşünməyin vaxtıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Report”a İtaliyanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Klaudio Taffuri deyib.

K.Taffuri Qarabağın yenidən qurulması prosesində İtaliyanın da iştirak etməyə hazır olduğunu bildirib.

“Bir çox İtaliya şirkəti buna hazırdır və yenidənqurma işində iştirak etməyə ümidvardırlar”, - diplomat bildirib.

Xatırladaq ki, səfir bu gün digər xarici diplomatik korpusun nümayəndələri ilə birgə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib. Səfər çərçivəsində diplomatlar ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar. Sonra qonaqlar Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlinin qoyulduğu əraziyə gəliblər.


Xəbəri paylaş

1312 dəfə oxunub.

Digər xəbərlər