Saytımızı qiymətləndirin


 
 

Tanınmış sovet jurnalisti İqor Dudinski vəfat edib
Tarix: 12-06-2022 | Saat: 14:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

İqor Dudinski

Məşhur sovet jurnalisti İqor Dudinski 75 yaşında vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, onun qızı, rejissor Valeriya Qay Germanika Gazeta.Ru-ya açıqlamasında atasının ölümünü təsdiqləyib.

O əlavə edib ki, atası ilə uzun müddət əlaqə saxlamadığı üçün ölüm səbəbi ona məlum deyil.

Ömrünün son günlərində Dudinski 2022-ci il iyunun 8-dən "infeksion-toksik şok" diaqnozu ilə Moskva klinikalarından birinin reanimasiya şöbəsində olub.

İqor Dudinski 31 mart 1947-ci ildə anadan olub. Dissident hərəkatında fəal iştirak edib. “Moskva danışır və göstərir” qəzetində köşə yazarı işləyib, sonralar bir sıra mərkəzi sovet nəşrləri ilə (“Oqonek”, “Sovet mədəniyyəti”) müxbir kimi əməkdaşlıq edib. 2007-ci ildə "Moskva müxbiri" qəzetinin baş redaktorunun birinci müavini olub.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər