Saytımızı qiymətləndirin


 
 

Bayden: “Azərbaycan dünya bazarlarının təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır”
Tarix: 20-05-2022 | Saat: 20:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Co Bayden

 

“Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu ABŞ prezidenti Co Bayden Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib.

“Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik” – deyə ABŞ prezidenti vurğulayıb.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər