Saytımızı qiymətləndirin


 
 

İsrail ordusu “İslami Cihad” liderini MƏHV ETDİ
Tarix: 14-05-2023 | Saat: 20:42
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail ordusu “İslami Cihad” liderini MƏHV ETDİ

 

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzzada “İslami Cihad” liderlərini məhv etdiyini deyib.

 

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağında keçirilən “Qalxan və ox” əməliyyatı zamanı İsrail ordusu Fələstinin “İslami Cihad” radikal hərəkatını (təşkilat bir çox ölkələrdə terrorçu hesab edilir və qadağan edilib – red.) bütünlüklə məhv etməyə nail olub.

 

TASS yazıb ki, uğurlu əməliyyatı bazar günü, mayın 14-də hökumətin həftəlik iclasında çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.

 

Cihadçılara qarşı mübarizənin 5 gün davam etdiyini deyən Netanyahu vurğulayıb ki, orduya və kəşfiyyata əməliyyat keçirmək tapşırılıb və bu göstəriş yerinə yetirilib.

 

Baş nazir İsrail ordusunun keçirdiyi əməliyyatları yüksək qiymətləndirib. “Biz Qəzzada “İslami Cihad”ın zirvəsini tamamilə aradan qaldırdıq. Onlarla terrorçunu, 17 “Cihad” qərargahını, raket anbarlarını, tank əleyhinə qrupları və daha çoxunu məhv etdik”, - o deyib.

 

Netanyahu, həmçinin orduya peşəkarlıqlarına, israillilərə isə müqavimətlərinə görə təşəkkür edib.

 

Qeyd edək ki, mayın 11-də İsrail Müdafiə Qüvvələri “İslami Cihad”ın komandirlərindən biri olan Əli Qalinin öldürüldüyünü elan etmişdi.(Modern.az)



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər
12-07-2022, 18:23 Bakıda ev yanıb