Saytımızı qiymətləndirin


 
 

“Xaricdə təhsil almaq istəmirəm” - Ən yüksək bal toplayan abituriyent
Tarix: 07-06-2022 | Saat: 11:54
Bölmə:Karusel / Təhsil | çapa göndər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni Bakı şəhəri, 286 saylı orta məktəbin məzunu Nəcməddin Orucov göstərib.

 

Qarabaginfo.az xəbər verir ki, təssüratlarını Modern.az-a bölüşən rekordçu abituriyent Nəcməddin Orucov yüksək bal toplayacağına əmin olduğunu bildirib.

 

“Düzgün variantlara uyğun olaraq test kitabçamı yoxlamışdım. Yaxşı yazdığımı bilirdim. Ancaq cavablar çıxanda daha da əmin oldum. Sevincimin həddi-hüdudu yoxdur. Ən yüksək nəticəni Tarix fənnindən göstərmişəm. Bütün sualları doğru cavablandırmışam. İstədiyim ixtisasa pulsuz və Prezident təqaüdçüsü olaraq qəbul ola bilərəm. Valideynlərimin, müəllimlərimin əziyyəti danılmazdır. Uğuruma sevinən hər kəsə təşəkkür edirəm. Ən böyük arzum hüquqşünas olmaq idi. Əziyyət çəkərək arzuma çatdım”.

 

Nəcməddin xaricdə təhsil almaq planının olmadığını vurğulayıb:

 

“Hüquqşünas olmaq üçün öz ölkənin qanun və məcəllələrini bilsən yetərlidir. Gələcəkdə tanınmış, ədalətli hakim olacağıma inanıram. Uşaqlıq arzusunun gerçək olması tərif olunmayacaq bir hissdir. Yenidən imtahan verməyi düşünmürəm. Çünki 687.3 balla istədiyim ixtisasa qəbul olacağam. Bacım da Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alır. O da qəbul imtahanlarında 600-dən çox bal toplayıb. İmtahan verəcək bütün abituriyentlərə uğurlar arzulayıram”.

 

Rekordçu gənc uğurunun sirrinin çox çalışmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənclər məqsədlərinə nail olmaq üçün gecə-gündüz hazırlaşmalı, düzgün istiqamətdə addımlamalıdır.

 



Xəbəri paylaş

1215 dəfə oxunub.

Digər xəbərlər
22-05-2023, 13:09 Lukaşenko Moskvaya gedir