Saytımızı qiymətləndirin


 
 

BERNAMA agentliyi: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəsinin inkişafına böyük töhfələr verir
Tarix: 04-09-2020 | Saat: 14:25
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

 

Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva barədə məqalə yayıb.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəsinin inkişafına böyük töhfələr verir” sərlövhəli məqalədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edilir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr diqqətə çatdırılır.

 “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazıda bildirilir ki, Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilir, o, bir sıra beynəlxalq təşkilatların və ölkələrin yüksək mükafatlarına layiq görülüb.

Birinci vitse-prezident Azərbaycanın inkişafına, ölkənin beynəlxalq miqyasda tanıdılmasına, xalqın sosial problemlərinin həllinə mühüm töhfələr verir.

Yazıda vurğulanır ki, gördüyü işlər Mehriban Əliyevaya Azərbaycan xalqının böyük hörmət və məhəbbətini, inam və etimadını qazandırıb.

Qarabaginfo.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr AZƏRTAC-a istinadla Çinin “China Daily” qəzeti, Avropa İttifaqının “EU Politics”, İtaliyanın “Eurasianews” portalları, Avropa Xəbər Agentliyi, Türkiyənin, Qazaxıstanın, Rumıniyanın, Moldovanın, Bolqarıstanın, Xorvatiyanın, İndoneziyanın, Yunanıstanın, Rusiyanın, Qırğızıstanın, Özbəkistanın, Yaxın Şərq və Şimali Afrika ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

 



Xəbəri paylaş

533 dəfə oxunub.

Digər xəbərlər