Saytımızı qiymətləndirin


 
 

Sel dəmiryol infrastrukturuna ziyan vurdu - Qatarların hərəkəti məhdudlaşdırıldı
Tarix: 08-07-2026 | Saat: 20:03
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

sel-demiryol-infrastrukturuna-ziyan-vurdu

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

Qarabaginfo.az xəbər verir ki, bu haqda “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb:

“Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 – 20 iyul tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək”.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər