Saytımızı qiymətləndirin


 
 

Ukrayna Rusiya ilə danışıqların nə vaxt bərpa olunacağını açıqlayıb
Tarix: 03-06-2022 | Saat: 22:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusya-Ukrayna müzakere görüşmeleri yeniden başlıyor: Rus heyet İstanbul'a geliyor - Haber 7 SİYASET

Ukrayna və Rusiya arasında danışıqlar rusiyalı müzakirəçilər öz təbliğatları altında qalmağı dayandırdıqdan sonra bərpa olunacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Hesab edirdik ki, onların həqiqətən müzakirə olunan bir şey haqqında danışmaq hüququ var. Lakin onların bəyanatlarından, xüsusən də danışıqlar qrupunun üzvlərindən göründüyü kimi, onlar təbliğatlarının təsiri altındadırlar", - o deyib.

Ukrayna rəsmisinin sözlərinə görə, danışıqlar prosesi o zaman başlayacaq ki, Rusiya elitası öz təbliğatına müraciət etməyi dayandırıb real şeylər haqqında danışmağa başlayacaq: “Ukraynada nə edirlər, bura niyə gəliblər və buradan necə çıxacaqlar”.

"Onlar bu barədə danışmağa hazır olmaları üçün Ukrayna Silahlı Qüvvələri bir az da güclənməlidir və bunun üçün tərəfdaşlarımızdan istədiyimiz silahlara ehtiyacımız var. Bütün bunlar bitəndə, biz Ukrayna Prezidentindən mandat alacağıq və bundan sonra danışıqlar prosesi yenidən başlayacaq”, - Podolyak əlavə edib.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər