Saytımızı qiymətləndirin


 
 

Bu il 184 uşaq övladlığa verilib, 91 uşaq ailəsinə qaytarılıb
Tarix: 21-10-2022 | Saat: 12:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bu il 184 uşaq övladlığa verilib, 91 uşaq ailəsinə qaytarılıb

Bu il 184 uşaq övladlığa verilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev bildirib. Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan 91 uşaq isə öz doğma ailəsinə reinteqrasiya edilib:

“Himayəyə götürülən uşaq sonradan övladlığa da götürülə bilər. Hər valideyn himayəsindən məhrum olan uşaq övladlığa verilə bilmir. Əgər uşağın övladlıq verilə bilməsi üçün hüquqi əsas olarsa, o zaman həmin valideynlə himayədar ailə arasında uşağın övladlığa verilməsi prosesində bir sıra mərhələlər aradan götürülür. Çünki artıq uyğunlaşma gedib, bundan sonra birbaşa məhkəməyə uşağın övladlığa verilməsinə uyğunluğa dair rəy hazırlanması üçün müraciət edilir. Övladlığa götürülmənin nəticəsi məhkəmənin qətnaməsi ilə olur”.




139 dəfə oxunub.

Digər xəbərlər