Tarix: 03-06-2022 | Saat: 00:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya operativ-taktiki aviasiyası müharibə başlayanadan indiyədək Ukrayna ərazisinə zərbə endirmək üçün 5722-dən çox uçuş həyata keçirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov məlumat verib.
Bildirilir ki, bu uçuşların 20%-dən çoxu Belarus ərazisindən reallaşdırlıb.
Qromovun sözlərinə görə, fevralın 24-dən etibarən Rusiya qüvvələri Ukraynanın mühüm infrastruktur obyektlərinə 551 “İskəndər” və ya “Kalibr” qanadlı raketləri atıb.
Eyni zamanda, bu tip raketlərin 61-I Rusiya qoşunlarının yerləşdiyi Belarus ərazisindən həyata keçirilib.
Xatırladaq ki, aprelin ortalarında Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Oleksandr Motuzyanik Rusiya qoşunlarının müharibənin ilkin dövrü ilə müqayisədə əməliyyat-taktiki aviasiyadan istifadəni artırdığını bildirib.
Digər xəbərlər