Ana Sayfa > Karusel / Gündəm > Rusiya aviasiyası Ukraynaya zərbə üçün təxminən 6000 uçuş keçirib

Rusiya aviasiyası Ukraynaya zərbə üçün təxminən 6000 uçuş keçirib


3-06-2022, 00:10. Yazar: Admin

Rusiya aviasiyası Ukraynaya zərbə üçün təxminən 6000 uçuş keçirib

Rusiya operativ-taktiki aviasiyası müharibə başlayanadan indiyədək Ukrayna ərazisinə zərbə endirmək üçün 5722-dən çox uçuş həyata keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov məlumat verib.

 

Bildirilir ki, bu uçuşların 20%-dən çoxu Belarus ərazisindən reallaşdırlıb.

Qromovun sözlərinə görə, fevralın 24-dən etibarən Rusiya qüvvələri Ukraynanın mühüm infrastruktur obyektlərinə 551 “İskəndər” və ya “Kalibr” qanadlı raketləri atıb.

Eyni zamanda, bu tip raketlərin 61-I Rusiya qoşunlarının yerləşdiyi Belarus ərazisindən həyata keçirilib.

Xatırladaq ki, aprelin ortalarında Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Oleksandr Motuzyanik Rusiya qoşunlarının müharibənin ilkin dövrü ilə müqayisədə əməliyyat-taktiki aviasiyadan istifadəni artırdığını bildirib.


Geri dön