Saytımızı qiymətləndirin


 
 

Telefon rüsumu ləğv edilməyib - İzah
Tarix: 25-05-2022 | Saat: 10:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ötən gün Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv etməsi mobil telefonlara görə rüsumun ləğvi kimi təqdim edilib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı ekspert Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun ləğv edilmədiyini bildirib.

O qeyd edib ki, artıq xeyli müddətdir bu məsələ qanunla tənzimlənir:

“Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib.

Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq, müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb”.

 



Xəbəri paylaş

284 dəfə oxunub.

Digər xəbərlər