Ana Sayfa > Karusel / Gündəm > Telefon rüsumu ləğv edilməyib - İzah
Telefon rüsumu ləğv edilməyib - İzah25-05-2022, 10:25. Yazar: Admin |
Ötən gün Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv etməsi mobil telefonlara görə rüsumun ləğvi kimi təqdim edilib. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı ekspert Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun ləğv edilmədiyini bildirib. O qeyd edib ki, artıq xeyli müddətdir bu məsələ qanunla tənzimlənir: “Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib. Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq, müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb”.
Geri dön |