Saytımızı qiymətləndirin


 
 

Kuleba: “NATO Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı heç nə etməyib”
Tarix: 20-05-2022 | Saat: 08:49
Bölmə:Karusel / Dünya | çapa göndər

Kuleba: "Rusiya neft və qazdan gələn gəlirlə müharibəni davam etdirir"

Rusiyanın genişmiqyaslı müharibəsinin başlanmasından bu günə kimi NATO təşkilat olaraq Ukraynaya kömək etmək üçün heç bir iş görməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Avropa İttifaqı özünü vahid cəbhə kimi fəaliyyət göstərən və güclü, vacib, çətin qərarlar qəbul etməyə qadir təşkilat kimi göstərdi, NATO isə bunun əksini. NATO-nun üç aydan sonra Ukraynanın əlinə oynayan və kömək edə bilən bir konsensus qərarını deyin”, - Kuleba ritorik şəkildə soruşub.

O vurğulayıb ki, Rusiya ilə müharibədən əvvəl Ukrayna xalqı NATO-nu güc, Avropa İttifaqını isə zəif və yalnız narahatlıq ifadə etməyə qadir olan qüvvə hesab edirdi.

Lakin Kulebanın sözlərinə görə, son üç ay bunun əksini göstərib. Xüsusilə, Avropa İttifaqı silah təminatı, sanksiyalar, Ukraynanın Avropa perspektivinin tanınması ilə bağlı tarixi və inqilabi qərarları təsdiqləyib.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər