Tarix: 17-05-2022 | Saat: 10:50
Bölmə:Karusel / Kriminal | çapa göndər
Ağdaşda məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəməyən şəxs həbs edilib.
Rayonun Ləki qəsəbə sakini, 1987-ci il təvəllüdlü B.Həsənov barəsində Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə iş açılıb. İşə Ağdaş Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, Həsənov 2005-ci ildə ailə həyatı qurduğu xanımından 2017-ci ildə boşanıb. Məhkəmə onun 2007 və 2009-cu il təvəllüdlü övladlarının anasında qalmasına və Həsənovun uşaqların hər biri üçün hər ay 120 manat (ümumilikdə 240) manat aliment ödəməsinə hökm edib.
Lakin geridə qalan müddətdə B.Həsənov alimenti ödəməyib və onun 3360 manat borcu yaranıb.
Məhkəmədə çıxış edən B.Həsənov hazırda başqa qadınla qeyr-rəsmi nikahda yaşadığını, maddi imkanının zəif olduğunu və alimenti ödəyə bilmədiyini deyib.
Ağdaş Rayon Məhkəməsinin mayın 11-də çıxardığı hökmə əsasən, 35 yaşlı kişiyə alimenti ödəmədiyinə görə 10 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Qafqazinfo.az
Digər xəbərlər