Saytımızı qiymətləndirin


 
 

Polisə tabe olmadı, cinayət işi açıldı
Tarix: 08-02-2022 | Saat: 22:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Polisə tabe olmadı, cinayət işi açıldı -VİDEO

Türkiyədə adı dəfələrlə qalmaqallarda hallanan iş adamı və məşhurlarla yaşadığı sevgi macəraları ilə gündəmdən düşməyən Gökhan Göz barəsində ölkə prokurorluğunda cinayət işi açılıb.

Qarabaginfo.az xəbər verir ki, o, ötən gecə Şiledə restoranların birində müştərilərə silah göstərərək mübahisə edib. Hadisə yerinə cəlb olunan polis Gökhandan silahını tələb edərək lisenziyasını yoxlamaq istəyib. Həmin anların kameraya çəkilməsini tələb edən Gökhan polisləri təhqir edib və silahı sonda onlara təhvil verərkən yerə atıb.

Silahı əlindən alınan G.Göz barəsində "Silahın ifşası", "Şəxsi məlumatların qeydə alınması", "Şəxsi məlumatların qanunsuz olaraq ələ keçirilməsi" və "Vəzifəli şəxslərə güc tətbiq etmə" maddələri ilə barəsində cinayət işi açılıb.

Qeyd edək ki, Gökhan modelyer Gülşah Saraçoğlunun keçmiş sevgilisidir. O, eyni zamanda, müğənni Berdan Mardinin eks-həyat yoldaşı Fatoş Yellilerlə evli olduğu halda münasibət yaşayıb.



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər