"Quru sərhədlərinin açılmamasının səbəblərindən biri AZAL və ya “Buta Airways” kimi şirkətlərin maraqlarına xidmət etmək ola bilər".

Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib. Onun sözlərinə görə, başqa əsas səbəblərdən biri budur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana, oradan da Türkiyəyə keçib həmin yerlərdə pul xərcləməsinlər.

"Həm kənarda valyuta xərclənməsinin qarşısını almağa, həm də əsasən oliqarxiyanın mülkiyyətində olan turizm obyektlərinə qazanc verməyə çalışırlar. O turizm obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə uduzurlar".