Saytımızı qiymətləndirin


 
 

"Netflix" abunəçilərinin sayında REKORD ARTIM
Tarix: 24-01-2024 | Saat: 17:44
Bölmə:Karusel / Multimedia | çapa göndər

"Netflix" 2023-cü ilin son rübü xalis istifadəçi artımı baxımından şirkətin tarixində ən uğurlu dördüncü rüb olub.

 

Qarabaqinfo.az  xəbər verir ki, bu barədə şirkət açıqlama verib.

 

Xdmətin abunəçi bazası 13,1 milyon nəfər artıb və 2023-cü ilin sonunda istifadəçilərin sayı 260,3 milyon nəfər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə təxminən 13% çoxdur.

 

Dördüncü rübdə gəlir illik müqayisədə 12% artaraq 8,83 milyard dollara çatıb. Xalis mənfəət 938 milyon dollara yüksəlib ki, bu da analitiklərin bu rəqəmin 956 milyon dollar olacağını gözlədiyi proqnozlardan bir qədər pisdir. Buna baxmayaraq, şirkətin səhmləri demək olar ki, 10% qiymət artımı ilə birjadan satılıb.

 

Hesabatda qeyd edildiyi kimi, şirkət tarif siyasətinin sərtləşdirilməsi sayəsində gəlirlərini və abunəçilərinin sayını artırmağa nail olub. Belə ki, may ayında xidmət istifadəçilərə yalnız əlavə ödəniş müqabilində - ayda 7,99 dollar müqabilində öz hesablarından parolları paylaşmağa icazə verib. Lakin iyul ayında şirkət yeni istifadəçilərə əsas abunə planına yazılmaq imkanı verməyi dayandırıb.



Xəbəri paylaş

1465 dəfə oxunub.

Digər xəbərlər