Saytımızı qiymətləndirin


 
 

ABŞ İslam Əməkdaşlıq Təşkilatı ilə strateji dialoqa başlayır
Tarix: 18-05-2022 | Saat: 03:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

МКМ (@mkm_ua) / Twitter

ABŞ gələn həftə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə strateji dialoqa başlayır.

Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Mayın 23-də İƏT-in baş katibi Hiseyn Brahim Taha Vaşinqtonda görüşlər keçirəcək.

"ABŞ və İƏT onilliklər boyu yaxın tərəfdaşlar olub və güclü iqtisadi, sosial və mədəni əlaqələrə malikdir. Bu, ABŞ-ı təkcə İƏT-in özü ilə deyil, ona üzv olan 57 ölkənin hamısı ilə əlaqələndirir. Dialoqun başlanması bizim artan əlaqələrimizin mühüm təsdiqidir", - Prays qeyd edib.

İƏT rəhbəri ABŞ-da keçirəcəyi görüşlərdə iqlim dəyişikliyi ilə mübarizə, bütün dünyada insan hüquqlarının müdafiəsi və ekstremizmə qarşı mübarizə sahəsində irəliləyişləri nəzərdən keçirəcək.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər