Ana Sayfa > Karusel / Gündəm > ABŞ İslam Əməkdaşlıq Təşkilatı ilə strateji dialoqa başlayır
ABŞ İslam Əməkdaşlıq Təşkilatı ilə strateji dialoqa başlayır18-05-2022, 03:22. Yazar: Admin |
ABŞ gələn həftə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə strateji dialoqa başlayır. Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib. Mayın 23-də İƏT-in baş katibi Hiseyn Brahim Taha Vaşinqtonda görüşlər keçirəcək. "ABŞ və İƏT onilliklər boyu yaxın tərəfdaşlar olub və güclü iqtisadi, sosial və mədəni əlaqələrə malikdir. Bu, ABŞ-ı təkcə İƏT-in özü ilə deyil, ona üzv olan 57 ölkənin hamısı ilə əlaqələndirir. Dialoqun başlanması bizim artan əlaqələrimizin mühüm təsdiqidir", - Prays qeyd edib. İƏT rəhbəri ABŞ-da keçirəcəyi görüşlərdə iqlim dəyişikliyi ilə mübarizə, bütün dünyada insan hüquqlarının müdafiəsi və ekstremizmə qarşı mübarizə sahəsində irəliləyişləri nəzərdən keçirəcək. Geri dön |