Tarix: 19-09-2024 | Saat: 12:47
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin 19 sentyabr tarixli bəyanatına dair şərhində bildirilib.
Qeyd edilib ki, yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar verdilər.
“Bu onların azad seçimi idi və bunu “etnik təmizləmə” kimi qələmə vermək, Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıları kütləvi şəkildə qovan, soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın riyakarlığını nümayiş etdirir”, - Ayxan Hacızadə vurğulayıb.
Digər xəbərlər