Saytımızı qiymətləndirin


 
 

Ermənilər Qarabağı tərk edirlər - Xarici dil öyrənir, sərhədlərin açılmasını gözləyirlər
Tarix: 03-01-2021 | Saat: 14:39
Bölmə:Karusel / Region | çapa göndər

Ermənilər Qarabağı tərk edirlər - Xarici dil öyrənir, sərhədlərin açılmasını gözləyirlər /

“Qarabağdakı ermənilər sənədlər hazırlayırlar, xarici dilləri öyrənirlər və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər…”

Qarabaginfo.az Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan torpaqlarında yaşayan, eləcə də 44 günlük savaşdan sonra Rusiya sülhməramlılarının himayəsi ilə Qarabağa qaytarılmış ermənilər sosial şəbəkələrin erməni seqmentində belə yazır.

“2021-ci ilin yazına qədər Qarabağ müstəqil bir dövlət statusu almayacağı, Ermənistana və ya Rusiyaya birləşməyəcəyi  təqdirdə biz buradan gedəcəyik”.

Qarabağ erməniləri belə yazır. Hazırda onlar sənədlər hazırlayır, xarici dilləri öyrənir və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər.

Modern.az-ın yazdığına görə, şərhlərdən bəlli olur ki, bəzilərinin getməsinə  separatçı-terrorçu xuntanın “təhlükəsizlik şurası”nın rəhbəri V. Balasanyanın “Azərbaycanla yeni bir müharibə üçün silahlı qüvvələr yaratmaq planı” və  Qarabağda alkoqollu içkilər və narkotik maddələrin istifadəsinə qarşı mübarizə niyyəti təkan  verib.

“General Balasanyan həqiqətən səssiz bir hərbi çevriliş edib və “seçilmiş” “prezident” Arayik Arutyunyanı faktiki olaraq hakimiyyətdən uzaqlaşdırıb”- məlumatda belə deyilir.



Xəbəri paylaş

316 dəfə oxunub.

Digər xəbərlər