Tarix: 11-09-2020 | Saat: 12:00
Bölmə:Karusel / İdman | çapa göndər
Bakıda keçiriləcək kişi idman gimnastikası üzrə Avropa çempionatında 300-dən çox idmançı iştirak edəcək.
Qarabaginfo.az xəbər verir ki, Trend bu barədə Avropa Gimnastikasının saytına istinadən məlumat verir.
9-13 dekabra təyin olunmuş kişi idman gimnastikası üzrə 34-cü qitə birinciliyində 39 ölkə iştirakını təsdiqləyib. Siyahıya əsasən çempionluq və mükafatlar uğrunda mübarizə aparacaq 324 gimnastın 159-u böyüklər, 165-i isə gənclər yaş qrupunda yarışa qatılacaq. Ümumilikdə isə 736 nəfərin Azərbaycan paytaxtına səfər edəcəyi gözlənilir.
Dekabrın 17-20-də keçiriləcək qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatında isə 38 ölkədən 304 gimnastın iştirakı gözlənilir. Onların 157-si böyüklər, 147-si isə gənclər yaş qrupunda qitə birincisi olmaq üçün mübarizəyə qoşulacaq. Bu yarışda iştirak üçün isə 699 nəfərin ölkəyə səfəri gözlənilir.
Qeyd edək ki, bu yarışlar, həmçinin Ukraynada keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Avropa çempionatının (26-29 noyabr) təşkili ilə bağlı son qərar Avropa Gimnastikası tərəfindən sentyabr ayının sonunda bəlli olacaq.
Kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları bu ilin mayına təyin olunsa da, koronavirus pandemiyası ilə əlaqədar yarışlar təxirə salınmışdı.
Digər xəbərlər